Hissələr 51%-dən az olmayaraq satıla bilər.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən "SOCAR Turkey” törəmə şirkətinin rəhbəri Kənan Yavuz bildirib.
Onun sözlərinə görə, SOCAR Turkey sərmayədarlara dəstək olmaq üçün 2009-2010-cu ildə birjalardan aldığı hissələri satmağı planlaşdırır.
"Satış üçün tarixi müəyyən etmək lazımdır, bununla belə bu il satışlar həyata keçirilə bilər” - deyə, o əlavə edib.
Qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev çərşənbə günü jurnalistlərə açıqlamasında bildirmişdi ki, SOCAR adıçəkilən şirkətdəki payını aldığı müddətdən sonra səhmlərin dəyəri artığından satışlar barəsində düşünür:
"SOCAR şirkətdəki səhmlərinin 10%-ni dövlətdən, bir qismini də bazardan alıb. Son 2 ildə "Petkim”in səhmlərinin nominal dəyəri 1,8 türk lirəsindən 4,35 lirəyədək artıb. Buna görə, biz bu səhmlərin bir hissəsini satmaq istəyirik. Bu, normal prosesdir” - deyə, o qeyd etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !