YARAT Müasir İncəsənət Mərkəzində "Kənarda” qısametrajlı filmi nümayiş olunacaq.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 17-də təqdim olunacaq filmin rejissoru London Kinematoqrafiya Məktəbinin məzunu Cavid Zaidovdur.
"Kənarda” filmi 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edir. 4 nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır.
İngilis dilində nümayiş olunacaq filmə giriş sərbəstdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !