Kənd Təsərrüfatı Nazirliyi: bolluq olacaq

13:27 | 07.08.2015
Kənd Təsərrüfatı Nazirliyi: bolluq olacaq

Kənd Təsərrüfatı Nazirliyi: bolluq olacaq

Nazirlik hər hansı sıxıntını gözləmədiyini deyir

Bu il Azərbaycanda Qurban bayramı ərəfəsində kifayət qədər mal-qara olacaq. Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib: "Çünki həmin dövrdə bazar geniş olduğundan sahibkarlar iri və xırdabuynuzlu heyvanları saxlayıb qurban mövsümünə çıxarmağa adət ediblər".

Şöbə müdiri bayramda hər hansı bir sıxıntının gözləmədiyini deyib.
Bayramda qiymətlərə gəlincə isə Q.Əbdüləliyev qiymətlərin bir qayda olaraq bazar tərəfindən tənzimlədiyini qeyd edib.

"Kənd Təsərrüfatı Nazirliyi olaraq qiymətlərə müdaxilə etmək üçün heç bir inzibati vasitə yoxdur. Hesab edirəm ki, sadəcə bolluq yaratmaq və keyfiyyətə nəzarət etməklə qiymətləri tənzimləmək olar", - deyə Q.Əbdüləliyev söyləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti