"Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcəklər.
Bu barədə Anews.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, fermerdən tədarük edilən məhsulları saxlamaq üçün istifadə edilən soyuducu anbarlar, taxıl elevatorları və istixanalar onlar üçün EKTİS-də müəyyən edilən hesabat formalarna uyğun olaraq informasiyanı mütəmadi sistemə daxil edəcəklər.
Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə dövlət qurumlarının mütəmadi məlumatlandırılması məqsədilə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması aktualdır.
Bununla əlaqədar,
ölkədə mövcud soyuducu anbarlar, istixanalar və taxıl elevatorlarından istifadə səviyyəsinin qiymətləndirilməsi,
bu sahədə təhlillərin aparılması,
dəstək tədbirlərinə ehtiyacın müəyyən edilməsi məqsədilə soyuducu anbarların, istixanaların və taxıl elevatorlarının EKTİS-də reyestrinin yaradılması və bu sistem vasitəsilə mütəmadi (aylıq) hesabatlılığının həyata keçirilməsi təmin ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !