Prezident İlham Əliyev "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.
Sənədə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !