• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Kərə yağının qiyməti bahalaşıb

Kərə yağının qiyməti bahalaşıb
06.12.2024 18:20
Beynəlxalq süd məhsullarının qiymət indeksi noyabrda oktyabrla müqayisədə 0,6% artıb. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

"FAO-nun Süd Məhsulları Qiymət İndeksi artım tendensiyasını davam etdirir... bu, tam quru süd idxalına olan qlobal tələbin artması ilə bağlıdır. Qərbi Avropada yüksək tələbat və məhdud ehtiyatlar fonunda kərə yağının qiymətləri yeni rekord səviyyəyə çatıb," -  FAO-nun saytında qeyd edilib.

Dünyada kərə yağı qiymətləri ardıcıl olaraq 14 aydır ki, artmaqda davam edir.
 
FAO-nun məlumatına görə, noyabrda müxtəlif növ bitki yağlarının da qiyməti artıb.
 
Nəşrdə qeyd olunur ki, məhdud ixrac imkanları ilə bağlı olaraq pendirin də  qiyməti də yüksəlib.

FAO həmçinin bildirib ki, taxıl məhsulları qiymət indeksi bir ayda 2,7% azalıb, düyünün qiyməti 4%, şəkərin qiyməti isə 2,4% aşağı düşüb. Qlobal qarğıdalı qiymətləri isə sabit qalıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol