Kərimov su resursları uğrunda müharibə proqnozu verdi

22:16 | 15.10.2015
Kərimov su resursları uğrunda müharibə proqnozu verdi

Kərimov su resursları uğrunda müharibə proqnozu verdi

Özbək prezident Rusiyanı ittiham edir.

Əgər Qırğızıstan Rusiyanın yardımı ilə transsərhəd çaylarda hidroelektrik stansiyanın (HES) inşaatını davam etdirərsə, Orta Asiyada müharibə başlaya bilər.

Oxu.Az "Qazeta.Ru”ya istinadən xəbər verir ki, bu barədə məlumat Özbəkistan prezidenti İslam Kərimovun mətbuat xidmətinin rəsmi saytında dərc edilib.  

Bununla yanaşı qeyd edilir ki, HES kaskadı quyuları susuz qoyacaq, Aral dənizi isə quruyacaq.

"Orta Asiya respublikalarında su resurslarına nəzarət tammiqyaslı müharibəyə gətirib çıxara bilər. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan ərazisİndə axan çaylar üzərində energetik layihələr üzrə razılaşdırılmış mövqe olmalıdır”, - məlumatda deyilir.

Kərimov hesab edir ki, Orta Asiyada su-enerji problemləri "yalnız ciddi qarşıdurmaya deyil, hətta müharibəyə gətirib çıxaracaq qədər dərinləşə bilər”.

O, dəfələrlə BMT-ni HES-in ucaldılmasına başlamazdan və ya inşaat haqqında sənəd imzalamazdan öncə vəziyyətə müdaxilə etməyə və hərtərəfli beynəlxalq ekspertiza aparmağa çağırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM