"ABŞ Gürcüstanın NATO-ya üzv olmasına kömək edəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Con Kerri çıxış edib.
O, ABŞ-ın Gürcüstan və Avropa İttifaqı arasında imzalanmış Assosiasiya sazişinin həyata keçirilməsinə dəstək olacağını bildirib:
"ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenliyinə sadiqdir. Biz qəti şəkildə Gürcüstanın Avroatlantik məkana inteqrasiya istəklərini dəstəkləyirik. ABŞ Gürcüstan və Avropa İttifaqı arasında imzalanmış Assosiasiya sazişinin həyata keçirilməsinə yardım edəcək. Gürcüstanın NATO-ya üzvlüyünü də dəstəkləyəcəyik”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !