ABŞ dövlət katibi Con Kerri İraqda yeni hökumətin tez bir zamanda təşkilini zəruri hesab edir.SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, amerikalı siyasətçi bu qənaətini ötən gün Ərəb respublikasının fəaliyyətdə olan xarici işlər naziri Xoşiyar Zibari ilə telefon danışığı zamanı bildirib."Telefon danışığı zamanı dövlət katibi İraqda yeni hökumətin formalaşdırılmasına ciddi dəstək ifadə edib və yerli əhalinin bütün qruplarını təmsil edən yeni nazirlər kabinetinin yaradılmasında əməkdaşlıq etmələri üçün prosesin bütün iştirakçılarına təzyiq göstərməyə çağırıb.", - ABŞ Xarici siyasət idarəsi tərəfindən verilən məlumatda deyilir.Məlumatda tərəflərin "ilkin şərtlərin irəli sürülməsindən çəkinmələrinin zəruriliyi" də vurğulanıb.
Sənəddə qeyd edildiyi kimi, həmsöhbətlər İraqın "İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlıları ilə müharibə vəziyyətində olduğunu etiraf ediblər: "İraq, ABŞ, region ölkələri və bütünlükdə dünya ictimaiyyəti bu təhlükəyə qarşı mübarizədə birləşməlidirlər."
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !