Kerri İrəvana niyə gedir?

15:52 | 27.08.2014
Kerri İrəvana niyə gedir?

Kerri İrəvana niyə gedir?

"ABŞ dövlət katibi Con Kerri şəxsən Qarabağ münaqişəsinin həllinə qarışacaqsa, müsbət nəticə əldə oluna bilər".ANS PRESS-in məlumatına bunu politoloq Qabil Hüseynli Con Kerrinin Ermənistana səfər etmək niyyətində olduğuna münasibət bildərərkən dedi. Dövlət katibinin Ermənistana səfərini müsbət qiymətləndirən politoloqun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda baş verən hadisələrə biganə qalmayacağı əvvəlcədən hiss olunurdu"Vaşinqton xüsusən də Dağlıq Qarabağ probleminin həllinə daha ciddi şəkildə girişəcək. Bunun da işarələri əvvəlcədən verilmişdi. Məsələn, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik işğal altında olan 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı bəyanat vermişdi. Kerrinin özü də dəfələrlə bəyanatlar verib. Bir neçə gün əvvəl isə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza dedi ki, Obama və Kerri şəxsən Qarabağ məsələsinin həllində iştirak etməlidir. Belə nəticəyə gəlmar olar ki, Rusiyanın Cənubi Qafqazda söz sahibi olmağına imkan verilməyəcək. Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində və aparıcı dövlətlərin iştirakı ilə həll ediləcək. Təbii ki, Ermənistan Rusiyasız kompromisə gəlməsi çətin görünür. Lakin Kerrinin səfəri zamanı kompromisə gəlmək üçün addımlar atılacaq. Kerri Ermənistana gəlirsə, o, əliboş geri qayıtmayacaq. Ermənilər ABŞ-a qarşı çıxa bilməz", deyə Qabil Hüseynli bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM