Kerri Kiyevdə Kliçko ilə görüşdü

10:30 | 05.03.2014
Kerri Kiyevdə Kliçko ilə görüşdü

Kerri Kiyevdə Kliçko ilə görüşdü

 Ötən gün Kiyevdə Ukraynanın müxalif UDAR partiyasının lideri Vitali Kliçko və ABŞ dövlət katibi Con Kerri ölkədə yaranan vəziyyəti müzakirə ediblər.APA-nın məlumatına görə, bu barədə partiyanın saytında dərc olunmuş məlumatda deyilir.   Kliçko ABŞ rəhbərliyinə ölkənin çətin vaxtında göstərdiyi dəstəyə və maliyyə yardımı etməyə hazır olduğuna görə minnətdarlığını bildirib. Bundan başqa, o Ukraynada vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb.   Görüşdə həmçinin Ukraynanın Avropaya inteqrasiyası məsələsi də müzakirə olunub.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb