Kerri Lavrova diplomatik ultimatum irəli sürüb

11:29 | 09.03.2014
Kerri Lavrova diplomatik ultimatum irəli sürüb

Kerri Lavrova diplomatik ultimatum irəli sürüb

ABŞ dövlət katibi Con Kerri Rusiya Xarici İşlər Naziri Sergey Lavrova diplomatik ultimatum irəli sürüb. ANS PRESS-in məlumatına görə,Kerri Lavrov ilə telefon danışığı zamanı Rusiya Krım və ya Ukraynanın digər bölgələrində hərbi mövcudluğunu genişləndirməyi davam etdirəcəyi təqdirdə , böhranın həlli üçün diplomatik yolların tükənə biləcəyi haqqında ona xəbərdarlıq edib.

Onun sözlərinə görə, Rusiyanın Krımı özünə birləşdirməsi ilə bağlı növbəti addımları diplomatik addımlar üçün heç bir şans saxlamayacaq. Eyni zamanda dövlət katibi Moskvanı maksimum dərəcədə təmkinli olmağa çağırıb. Rusiya XİN-nin saytında çıxan məlumata görə, Xarici siyasət idarələrinin başçıları "ukrayna böhranın həllinə yardım məqsədi ilə intensiv əlaqələr davam etdirmək barədə razılığa gəliblər". Danışığın təfərrüatı haqqında başqa məlumat. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM