Kerri silah yardımına görə Ukraynadadır

15:42 | 05.02.2015
Kerri silah yardımına görə Ukraynadadır

Kerri silah yardımına görə Ukraynadadır

ABŞ xarici işlər naziri Con Kerri Ujraynadadır. Onun keçirəcəyi rəsmi görüşlərdə Ukraynaya silah dəstəyi məsələsinin gündəmə gələcəyi gözlənilir. O, Ukrayna prezidenti Petro Poroşenko və baş nazir Arseniy Yatsenyukla görüşəcəyi bildirilir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ  prezidneti Barak Obamanın müdafiə naziri postuna namizəd olaraq irəli sürdüyü Aşton Karter dunən Senatorda çıxış edib və Ujraynaya silah göndərilməsi məsələsinə isti yanaşma nümayiş etdirib.

Ukrayna prezidenti rusiyapərəst, seperatçı qüvvələrlə mübarizəyə dəstək olaraq ABŞ-dan silah yardımının gələcəyinə ən az ehtimalla olsa belə, şübhə etmədiyini deyib.

BMT-nin rəsmi hesabatına görə, keçən il aprel ayından başlayan Ukrayna döyüşlərində 5 min 350 nəfər həlak olub, 12 mindən çox adam isə yaralanıb.

Ukraynanın qərbində seperatçı qüvvələrin baş qaldırması və Rusiyanın müdaxiləsi nəticəsində Krım Rusiya Federesiyasına ilhaq edilib.



ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM