ABŞ dövlət departamentinin rəhbəri Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevredə görüş keçirməyi planlaşdırır.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ XİN-nin mətbuat katibi Cen Psaki məlumat verib. Onun sözlərinə görə, nazir C. Kerri BMT-nin İnsan Haqları Komitəsinin 28-ci iclasında iştirak eləmək üşün 2 martda Cenevredə olacaq: "Bu zaman Ukraynadakı durum və regionun problemlərini müzakirə etmək üçün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək".
Psaki bundan sonra Kerrinin İsveçrənin Montrö şəhərinə səfər edərək orada İran xairici işlər naziri Məhəmməd Cevat Zərif ilə görüşəcəyini bildirib. Bundan sonra C.Kerri Riyada rəsmi səfər edərək, Kral Səlman Bin Abdüləziz və digər hökumət rəsmiləri ilə bir araya gələcək.
ABŞ xarici işlər nazirinin son dayanacağın London olacağını deyən Psaki "qarşılıqlı regional öhdəlikləri dəyərləndirmək üçün" Körfəz ölkələrinin xarici işlər nazirləri ilə görüşəcəyini bəyan edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !