Kerri: “Yaxın günlər həlledici olacaq”

10:48 | 19.04.2014
Kerri: “Yaxın günlər həlledici olacaq”

Kerri: “Yaxın günlər həlledici olacaq”

ABŞ-ın dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri ilə telefon danışığında Ukrayna üzrə Cenevrə razılaşmasının icrası baxımından yaxın günlərin həlledici olacağını vurğulayıb.

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət departamentinin açıqlamasında deyilir.

 

“Ukraynada bütün qeyri-qanuni dəstələr tərksilah olunmalı, zəbt edilən inzibati binalar sahiblərinə qaytarılmalıdır”, - deyə Kerri bildirib.

 

Onun sözlərinə görə, ATƏT-in müşahidəçi missiyası bu prosesdə yaxından iştirak etməlidir.

 

Öz növbəsində, S.Lavrov Ukraynanın Cenevrə razılaşmasına tezliklə və tam şəkildə əməl etməsinin vacibliyini vurğulayıb. Qəbul olunmuş sənədə əsasən, Ukrayna zor tətbiq etməkdən əl çəkməli, bütün siyasi qüvvələr və regionların iştirakı ilə yeni Konstitusiya ətrafında ümummilli dialoqa başlamalıdır.

 

Kerri ilə Lavrovun telefon danışığı ABŞ-ın təşəbbüsü ilə baş tutub.

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM