ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kerri burada Misir prezidenti Abdulfettah es-Sisi və digər yüksək səviyyəli şəxslərlə koalisiya güclərinin İŞİD-ə qarşı mübarizə məsələlərini, Liviyadakı siyasi vəziyyəti və Suriyada davam edən böhranı müzakirə edəcək. Psaki bildirib: "Misir xalqının istəklərinin gerçəkləşməsinə yardım etmək üçün Misir hökuməti ilə birgə əməkdaşlıq etməyi davam etdiririk".
Psakinin sözlərinə görə, Misir səfərindən sonra Kerri martın 15-də İsveçrədə "P5+1" ölkələri ilə görüş çərçivəsində İranın xarici işlər naziri Cevad Zəriflə görüşəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !