Rusiya parlamentinin yuxarı palatasının üzvü ABŞ Dövlət katibi John Kerry və onun müavinlərinin Moskvanın sanksiya siyahısına salınmasını təklif edir.
Federasiya Şurasının xarici əlaqələr komitəsinin üzvü Igor Morozov avqustun 26-da RIA-Novosti agentliyinə deyib ki, bu addım palatanın spikeri Valentina Matviyenko-nun Nyu Yorka səfərinə məhdud viza verilməsinə cavab olar.
Matviyenko Rusiyanın ötən il Ukraynanın Krım vilayətini anneksiya etməsindəki roluna görə ABŞ-ın sanksiyalarına məruz qalıb. O, gələn həftə BMT-nin qərargahında bir tədbirdə iştirak etməliydi. Sanksiyalar rəsmilərin BMT-nin tədbirlərində iştirakını qadağan etmir, ancaq parlament qrupu orada ancaq müşahidəçi statusunda olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !