Köçəryan Soçi görüşünü şərh edib

18:09 | 29.08.2014
Köçəryan Soçi görüşünü şərh edib

Köçəryan Soçi görüşünü şərh edib

Ermənistanın ikinci prezidenti Robert Köçəryan yerli mediaya müsahibəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin avqustun 10-u Soçidə keçirdiyi üçtərəfli görüşü şərh edib.“Media forum” saytının məlumatına görə, Köçəryan görüşün nəticələrini qiymətləndirmək üçün kifayət qədər bilgisi olmadığını bildirib: “Amma uzun fasilədən və cəbhə xəttindəki son gərginlikdən sonra görüş faktının özü müsbət haldır. Münaqişənin tam həlli perspektivlərinə nikbin yanaşmağa çəkinirəm. Görüşün nəticələri ilə bağlı verilən məlumatlar, münaqişə tərəflərinin şərhləri və onların tonu hələlik nikbinliyə əsas vermir”.

Köçəryan 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-97-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə Ermənistana baş nazir gətirilib. 1998-2008-cü illərdə bu ölkənin prezidenti olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb