Bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
O bildirib ki, hazırda Bakı-Sumqayıt dəmiryolunda əsaslı təmir işləri görülür: "Təmir işləri başa çatdıqdan və Bakı-Sumqayıt xətti istismara verildikdən sonra Keşlə-Yalama xəttində qatarların hərəkət qrafiki müəyyənləşəcək".
N.Əzməmmədov qeyd edib ki, bu məqsədlə "Azərbaycan Dəmir Yolları” Riqada hər biri 4 vaqondan ibarət 5 elektrik qatarı almaq niyyətindədir: "Onlardan 3-ü artıq Bakıdadır: qatarlar texniki baxışdan və sınaqdan keçirilir. Daha 2-si sonra gələcək. Keşlə-Yalama marşrutu üzrə tariflərdə dəyişiklik olmayacaq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !