"Keşlə"də baş məşqçi dəyişikliyi

19:48 | 18.12.2017

"Keşlə"də baş məşqçi dəyişikliyi

"Keşlə” klubunda baş məşqçi dəyişikliyi edilib.

Anews.az xəbər verir ki, bu barədə Apasport.az saytına paytaxt təmsilçisinin prezidenti Zaur Axundov məlumat verib.

O bildirib ki, mövsümün ilk yarısının son 4 turunda müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Ramiz Məmmədov əvvəlki vəzifəsinə qayıdıb. O, yenidən aşağı yaş qrupları üzrə koordinator kimi fəaliyyət göstərəcək.

Baş məşqçi postuna isə ukraynalı mütəxəssis Yuri Maksimov gətirilib. Axundov 49 yaşlı çalışdırıcı ilə hərtərəfli anlaşdıqlarını söyləyib: "Maksimov gələn həftə Bakıya gələcək və rəsmi müqaviləyə qol çəkəcək. Hələlik anlaşmanın müddəti mövsümün sonuna qədər olacaq”.

Qeyd edək ki, futbolçu olduğu illərində Ukrayna yığmasının formasını geyinmiş Yuri Maksimov məşqçiliyə 2005-ci ildə Minsk "Dinamo”sunda başlayıb. O, daha sonra müvafiq olaraq MOİK (Kiyev), "Obolon”, "Krivbass”, "Metallurq” (Donetsk), "Mordoviya” və "Taraz” klublarında çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM