Axar.az-ın məlumatına görə, bir neçə gün öncə sərnişinlərin xidmətinə verilən yeni avtobuslar bu məsələni aktuallaşdırıb. Əldə etdiyimiz məlumata görə, artıq yeni avtobuslar xəttə buraxıldıqca xətdən çıxarılan köhnə avtobusların göndəriləcəyi bölgələr müəyyənləşdirilir.
Vurğulayaq ki, paytaxtda fəaliyyət göstərən bir qism marşurut avtobusları özəl şirkətlərə məxsusdur və sahibkarlar da xətdən çıxarılan avtobusların əyalətlərə satılmasında maraqlıdır.
Qeyd edək ki, I Avropa Oyunları ilə əlaqədar dəyişdirilən avtobuslar Türkiyə istehsalı olan "İsuzu” markalıdır. 5 il müddətinə lizinqlə alınan nəqliyyat vasitələrinin hər birinin dəyəri 150 min avrodur.
Ümumilikdə gələn ilə qədər Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !