• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb - DİN

Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb - DİN
28.08.2024 23:16
Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

"Necə təşkil olunur? Saxta sosial şəbəkə səhifə və profillərin storilərində forex vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır.

Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir.

İlkin olaraq xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur. Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır.
Bir daha vətəndaşlarımıza çağırış edirik, sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin, verməyin, verməyin. Təhlükə var, SƏN də tələyə düşə bilərsən, Diqqətli ol!"- deyə DİN-nin sözcüsü qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol