Kiçik maşın böyük can aldı

17:31 | 25.02.2020
Kiçik maşın böyük can aldı

Kiçik maşın böyük can aldı

Almaniyanın qərbində avtomobilin sürücüsü idarə etməni itirib və avtomobil  karnaval zamanı  yaranmış insan kütləsinə daxil olub. Bu barədə BBC məlumat verir.
 
Hadisə zamanı 52 nəfərin xəsarət aldığı təsdiqlənib.  Onlardan 18-i uşaqdır.  Hazırda 35 nəfər xəstəxanaya yerləşdirilib.  Xəsarət alanların 2-85 yaş arasında olduğu bildirilib.
 
Volkmers şəhərində 29 yaşlı Almaniya vətəndaşı hadisə ilə bağlı şübhəli şəxs kimi saxlanılıb.
 
Şahidlər alman mediasına bildirib ki,  sürücü avtomobili izdihama tərəf sürətlə  sürübi və uşaqları hədəf alıb.
 
"Bild" qəzeti xəbər verir ki, polis bunun bir  teror olduğunu hesab etsə də hər hansı bir siyasi motivin olmadığını bildirib.
 
Frankfurt Prokurorluğu şübhəli şəxsin hadisə yerində aldığı xəsarətlərə görə, müalicə olunduğunu, lakin sonradan istintaqa cəlb ediləcəyini söyləyib.
Hesse əyalətinin lideri Volker Bouffier dəhşətli hadisədən şok olduğunu bildirib.
 
Tərcümə: Əliyə İlyasova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb