Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov kiçik sığorta şirkətlərinin birləşməsini və ya onların könüllü olaraq bazardan çıxmasını istisna etməyib.
Kazımov çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Mərkəzi Bank bazarda fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbərləri ilə görüşlər keçirir.
Eyni zamanda o vurğulayıb ki, Mərkəzi Bank sığorta şirkətləri qarşısında ən azı üç il üçün nəzərdə tutulmuş inkişaf strategiyasını qəbul etmək şərtini qoyur.
Kazımov qeyd edib ki, Azərbaycanın sığorta bazarında vəziyyət ümumilikdə sabitdir.
Azərbaycanda 2023-cü ilin sonunda 18 sığorta şirkətinin fəaliyyət göstərmək üçün lisenziyası var. Bununla yanaşı, 2023-cü ildə 5 iri sığorta şirkətinin bazarda ümumi sığorta haqlarında payı 80,9% təşkil edib. Ödənişlər baxımından ilk 5-liyə daxil olan sığortaçıların payı 83,5% təşkil edir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !