Kiçik şirkətlərin yaşıl keçid etməsi real görünmür - KOBİA

10:30 | 14.11.2024
Kiçik şirkətlərin yaşıl keçid etməsi real görünmür - KOBİA

Kiçik şirkətlərin yaşıl keçid etməsi real görünmür - KOBİA

Azərbaycanda şirkətlərin 99%-dən çoxu kiçik şirkətlərdir və onlar gündəlik fəaliyyətlərində inkişafdan məhrum olurlar. Bunu KOBİA-nın sədri Orxan Məmmədov deyib.

"Gələcəkdə yaşıl keçid edən şirkətlər bunun faydasını görəcək. Amma reallıq budur ki, mikro kiçik sahibkarlar  ayaqda qalmaq uğrunda nübarizə aparırlar. Yaşıl keçidlə bağlı maliyyə məsələləri var. Xüsusi masterclasslar olmalıdır. Kiçik şirkətlərin bunu etməsi üçün maliyyəsi yoxdur. Böyük şirkətlər bu məsələdə öndə olmalıdırlar. Dövlətin də hazırda bu istiqamətdə dəstəyi var.  Bu dəqiqə kiçik şirkətlərin yaşıl keçidə keçməsi real deyil",- Məmmədov deyib.

KOBİA rəhbəri söyləyib ki, yaşıl resurs mərkəzi yaradılacaq və koblara dəstək olunacaq.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM