Kikabidze Bakıda konsert verdi

13:30 | 21.12.2014
Kikabidze Bakıda konsert verdi

Kikabidze Bakıda konsert verdi




Heydər Əliyev Mərkəzindən "Qafqazinfo”ya verilən xəbərə görə, konsertin əvvəlində Bakının gözəlliyindən söz açan ifaçı bakılı tamaşaçılar qarşısında çıxışdan qürür duyduğunu bildirib. 

Vaxtanq Kikabidze yaradıcılığının müxtəlif illərinin mahnılarını izləyicilərə onların tarixçələrini danışaraq təqdim edib.

Canlı əfsanə səhnəni tanınmış gürcü müğənnisi Liza Baqrationi ilə bölüşüb. 

Konsertin sonunda tamaşaçı alqışları ilə bir neçə dəfə səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı "Bəri bax”ın da daxil edildiyi "Qafqaz popurisi” ilə sona çatdırıb. 
 
ANN.Az
 










0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb