Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalıya qurulacaq bir koalisiyada baş nazirlik təklif etdiyi iddia edilir. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Kılıçdaroğlu MHP liderinə belə bir çağırış edib: "Birlikdə hökumət quraq, baş nazir sən ol”.
CHP lideri "MHP-nin kürd probleminin həlli ilə bağlı Xalqların Demokratik Partiyasının (HDP) dəstəyini necə alacaq” sualına isə belə cavab verib: "Türkiyənin dünya qədər problemi var. Bunların həll edilməsi lazımdır. Siyasətlə məşğul olmaq elə problemləri həll etmək üçün lazımdır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !