Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Təyyib Ərdoğanı sərt tənqid edib.
Oxu.Az Türkiyənin Radikal xəbər portalına istinadən xəbər verir ki, əsas müxalifət partiyasının sədri ona hökumət qurmaq səlahiyyəti verməkdən imtina edən Ərdoğanı kəskin tənqid atəşinə tutub.
"Ərdoğan seçki meydanlarında tərəfsiz olmadığını bildirmiş və göstərmişdi də. Beləliklə də, Konstitusiyaya sədaqət andını açıq şəkildə pozmuşdu. Ərdoğan namus və şərəf anlayışına etika və əxlaq qaydalarından kənar bir məna gətirdi. Bütün millət də bunu görməlidir”.
Kılıçdaroğlu Ərdoğanı terroru başlatmaqda, millətə zorla özünü lider göstərməkdə günahlanıdırıb.
Daha sonra Kılıçdaroğlu Ərdoğanı öz oğlunu əsgər göndərməməkdə ittiham edib:
"Öz uşaqlarını əsgərliyə göndərmirsən, kasıb-kusub uşaqları isə şəhid olduqda, "Onlar nə xoşbəxt ailələrdir” deyirsən. Yaxşı, bəs sən niyə o xoşbəxtliyi tapmağa çalışmadın? Vətən və millət sevgisi Ərdoğanın yalnız dilindədir, könlündə yox. O, yalnız özünün və ailəsinin xeyrini düşündü. Öz mənafeyini qorumaq üçün qurban verə bilməyəcəyi bir şey yoxdur”, - deyə, müxalifətçi bildirib.
Kəskin çıxışına davam edən Kamal Kılıçdaroğlu Ərdoğanı terrorçularla əlaqədə ittiham edib:
"Terroru başladan da odur, bu ölkəni qan gölünə çevirən də. Məqsəd öz dediklərini millətə diktə etməkdir. Məqsədi təzyiq, qan və göz yaşı ilə millətə dediyini yeritməkdir. "Mən olmasan işlər getmir” ismarıcını cəmiyyətdə yeritmək istəyir. Amma əslində Türkiyə ona görə bu gündədir”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !