"Cümhuriyyət Xalq Partiyasının (CHP) mövqeyindən narahat olan 30-40 millət vəkili Ədalət və İnkişaf Partiyasına dəstək verəcək”.
ANS PRESS-in məlumatına görə, bu fikirləri tele-kanallardan birinin canlı efirinə qoşulan CHP millət vəkili Savcı Sayan səsləndirib. Sayan ölkədə hökumət böhranı yaranacağı təqdirdə Türkiyəni bu sıxıntıdan qurtarmaq üçün bu addımı atacaqlarını deyib:
"CHP-də 30-40 millət vəkili bu vəziyyətdən narahatdır. Əgər CHP inad edərsə, koalisiya üçün çətinlik yaradarsa, ölkənin mənfəətinə uyğun olmayan vəziyyət yaranarsa narahatlığımızı dilə gətirəcəyik. Lazım gəlsə, ayrılıb DSP (Demokratik Sol Partiya) ya da başqa partiya tavanı altında qrup yaradaraq AKP ilə koalisiya quracağıq və ölkəni bu sıxıntıdan qurtaracağıq. Bu bizim vətənpərvərlik hisslərimizdir”.
Sayan həmçinin bundan xəbər tutan CHP sədr müavini Gürsel Tekinin həmin vətənpərvər millət vəkillərinin yolunu kəsmək və onları şübhə altında qoymaq üçün bəzi fikirlər səsləndirdiyini deyib: "Bu istiqamətdə bəzi fəaliyyətlər vardı, mən də öyrəndim və dedim. Bunu eşidən Gürsel Tekin və yaxınları qarşısını almaq üçün, "millət vəkili transferləri olacaq, Qətərdən pul gəlir, başqa yerdən gəlir" – dedi. Bu, vətənpərvərlik duyğusu ilə hərəkət edənləri şübhə altında qoymaq üçün, yollarını kəsmək üçün cəhd olub”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !