Kimdir günahkar: AFFA, yoxsa klublar?

17:58 | 12.11.2021
Kimdir günahkar: AFFA, yoxsa klublar?

Kimdir günahkar: AFFA, yoxsa klublar?

Azərbaycan millisi ardıcıl ikinci dəfə seçmə mərhələni bir xalla başa vurub.

AVRO-2020 tsiklində təcrübəsiz xorvatiyalı baş məşqçi Nikola Yurçeviç, DÇ-2022-nin seçmə mərhələsində isə Albaniya yığmasında uğurları ilə tanınan italiyalı Canni De Byazi komandanın sükanı arxasında olub.

Milli son olaraq Bakı Olimpiya Stadionunda hamının "cırtdan" ölkə kimi tanıdığı Lüksemburqa 1:3 hesabı ilə uduzub. Bu, o ölkənin komandasıdır ki, əhalisi 600 min, ərazisi isə 2 586 kvadrat kilometrdir. Misal üçün onu deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası bu ölkədən iki dəfə böyükdür. Yaxud Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Amma nəinki indi, tarixdə yeddi dəfə üz-üzə gəldiyimiz komandanı cəmi bir dəfə udmuşuq. O da 2010-cu ildəki yoldaşlıq görüşüdür.

Ümumiyyətlə, Azərbaycan millisi Bakıda son qələbəsini 2018-ci ildə Qurban Qurbanov yığmanın baş məşqçisi olarkən əldə edib. Həmin vaxt noyabrın 17-də UEFA Millətlər Liqasında Farer adalarını 2:0 hesabı ilə üstələmişdik. 3 il doğma meydanda qələbə qazanmayan komanda bu müddət ərzində rəsmi qarşılaşmalarda yalnız Nikosiyada Kipri yenə bilib - 1:0.

Hazırda millinin heyətində yetərincə istedadlı və legioner həyatı yaşayan oyunçular var. Üstəlik, yığmanın demək olar ki, bazasını təşkil edən "Qarabağ" UEFA Konfrans Liqasında tarixdə ilk dəfə qrupdan növbəti mərhələyə vəsiqəni təmin edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM