Kimlər işsiz statusunu ala bilməz?

16:50 | 04.07.2020
Kimlər işsiz statusunu ala bilməz?

Kimlər işsiz statusunu ala bilməz?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara işsiz statusunun verilmədiyi halları açıqlayıb.

Anews.az-ın nun məlumatına görə, məşğul şəxslərə aid edilənlər və 15 yaşına çatmayan şəxslər işsiz kimi qeydiyyata alınmır. Bundan başqa, ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərə də bu status verilmir.

Göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər isə 6 ay müddətinə işsiz kimi qeydiyyata alınmırlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM