Kimlər sadə yolla Rusiya vətəndaşı ola bilər? - Qanun

16:09 | 21.04.2014
Kimlər sadə yolla Rusiya vətəndaşı ola bilər? - Qanun

Kimlər sadə yolla Rusiya vətəndaşı ola bilər? - Qanun

Rusiya prezidenti Vladimir Putin SSRİ və ya Rusiya imperiyasının ərazisində, yaxud müasir Rusiya Federasiyasının sərhədləri daxilində yaşamış, yaşayan, rus dilini bilən şəxslərə sadələşdirilmiş şəkildə vətəndaşlıq verilməsi qanununu imzalayıb.“Media forum” saytı xəbər verir ki, xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər əcnəbinin rus dilini bilib-bilmədiyini təsdiqləyən xüsusi komissiyada sorğu-sual olunacaq. Bunun üçün onlar rus dilində danışmalı və evdə, mədəniyyət sahəsində ondan gündəlik istifadə etməlidirlər.Yuxarıda göstərilən şəxslərdən başqa qohumları (valideynləri, nənə-babası və digər yaxınları) SSRİ və ya Rusiya imperiyasının ərazisində və müasir Rusiya Federasiyasının sərhədləri daxilində yaşamış, yaxud yaşayan adamlar da bu komissiyadan keçə bilərlər.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM