Kimya üzrə Nobel mükafatının sahibləri açıqlandı

18:40 | 04.10.2017
Kimya üzrə Nobel mükafatının sahibləri açıqlandı

Kimya üzrə Nobel mükafatının sahibləri açıqlandı

2017-ci il kimya üzrə Nobel mükafatının sahibləri açıqlanıb.

anews.az-ın TASS-a istinadən məlumatına görə, İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafat isveçrəli alim Jak Debuşi, amerikalı alim Yoahim Frank və britaniyalı alim Riçard Hendersona verilib.

Onlar "Məhlulda biomolekulların yüksək həll strukturunu müəyyənləşdirmək üçün krioelektron mikroskopiyanın işlənməsi” sahəsindəki tədqiqatlarına görə mükafata layiq görülüblər. 

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da, Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti