Hamının maraqla gözlədiyi “İlin ən yaxşı filmi” nominasiyasının qalibləri məlum oldu.Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Nyu York Film Tənqidçiləri Birliyi” tərəfindən film dünyasında bir neçə nominasiya üzrə qaliblərin mükafatlandırıldığı tədbirdə Devid Russelin “America Hustle” filmi ən yaxşı film seçilib.Filmin ssenaristi Erik Sinqer və Deyvid Russelə ən yaxşı ssenari mükafatı verilib.Bundan başqa “All is lost” (Sona doğru) filmindəki yüksək aktyorluq keyfiyyətinə görə “Hollywood”un əfsanəvi isimlərindən olan Robert Redford “ən yaxşı aktyor” seçilib.“Ən yaxşı qadın aktrisa” mükafatına isə “Blue Jasmine” filmində oynayan Keyt Blanşet layiq görülüb.Qeyd edək ki, qaliblər günlük və ya həftəlik nəşrlərlə yanaşı, internet saytlarındakı tənqidçilərin səsləri ilə müəyyənləşir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !