Kinoteatrda silahlı hücum: 2 nəfər ölüb, 7 nəfər yaralanıb

11:20 | 24.07.2015
Kinoteatrda silahlı hücum: 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Kinoteatrda silahlı hücum: 2 nəfər ölüb, 7 nəfər yaralanıb

ABŞ-ın Luiziana ştatında silahlı şəxs kinoteatr salonuna basqın edib, 2 nəfər öldürülüb, 7 nəfər yaralanıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 2 nəfəri öldürdükdən və 7 nəfəri yaraladıqdan sonra özünü vuran silahlı şəxsin "58 yaşlı ağdərili bir kişi" olduğu deyilir. Şahidlər silahlı hücumun Lafayetti şəhərindəki "Qrand 16" kinoteratr salonunda "Trainwreck" filminin nümayişi zamanı baş verdiyini deyiblər.

Bölgə polisi yaralanan 7 nəfərin həyati təhlükəni sovuşduğunu deyib, silahlı şəxsin isə intihar etdiyi bildirilir. Hadisənin baş vermə səbəbi araşdırılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM