İki həftəyə yaxındır ki, kirayə mənzil bazarında stabillik müşahidə edilir.
anews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, yayın sonlarında yaşanan canlanma durğunluqla əvəzlənib.
Rieltorlar deyirlər ki, mənzillərə tələbat qışa doğru azalır. Bu səbəbdən ötən ayla müqayisədə indi ev tapmaq daha asandır.
Ancaq mənzil kirayəsi bazarındakı durğunluq qiymətlərə təsir etməyib. Mənzillər elə yaydakı qiymətə təklif edilir.
Ekspertlər hesab edirlər ki, əgər mənzillərə tələbat azalmaqda davam etsə, qiymətin bir müddətdən sonra enməsi müşahidə olunacaq.
Mütəxəssislərin sözlərinə görə, hazırda bazarda istənilən qiymətə mənzil kirayələmək olar. Qiymətlər mənzillərin təmirindən və yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Statistikaya əsasən, ən çox tələbat ikiotaqlı mənzillərədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !