Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb.
Anews.az xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib.
Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib.
N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub.
O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya tələbələr gəlir və kirayə mənzil axtarırlar: "Bu baxımdan, bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.
Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !