Kirayədə yaşayanlar məktəbəhazırlıq qruplarına necə qoşula bilər? - Açıqlama

14:33 | 09.07.2024
Kirayədə yaşayanlar məktəbəhazırlıq qruplarına necə qoşula bilər? - Açıqlama

Kirayədə yaşayanlar məktəbəhazırlıq qruplarına necə qoşula bilər? - Açıqlama

Kirayədə yaşayan şəxslər yaşadıqları yer üzrə məktəbəhazırlıq qrupuna yazılmaq üçün yaşadığı evin icarə müqaviləsini sistemə yüklənməlidir və ya bölmə üzrə sərbəst məktəb seçimi edə bilər. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib. 
 
 
"Məktəblərlə bağlı prioritet və sərbəst qəbulumuz var. Priotet zamanı insan hər hansı yerdə kirayədə qalırsa, bir ildən artıq bir yerdə yaşayırsa, bu müddətdə icarə müqaviləsini sistemə daxil edirsə, biz o vətəndaşı da priotet kimi ərazi üzrə daxil edirik. İcarə müqaviləsi yoxdurda qeydiyaytı başqa, yaşadığı yer başqadırsa Azərbaycan bölməsinə sərbəst qəbul ilə qeydiyyatdan keçib istədiyi məktəbi seçə bilər", - Abbasov söyləyib. 
 
Nazirlik rəsmisi bildirib ki, bağçalarda priotetlik ünvana görə yox imtiyazlara görə müəyyən edilir. Əgər vətəndaş hər hansı imtiyaz qrupuna daxil deyilsə, istədiyi bağçanı seçə bilər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM