Kişilərlə qadınların tanış olmağı qadağan edildi - İranda

17:49 | 07.01.2014
Kişilərlə qadınların tanış olmağı qadağan edildi - İranda

Kişilərlə qadınların tanış olmağı qadağan edildi - İranda

İranın ruhani lideri Ayətullah Əli Xamaneyi dünən verdiyi bir fətva ilə “bir-birini tanımayan kişi və qadınların internetdə yazışmalarını” qadağan edib.Modern.az saytı xarici KİB-ə istinadən bildirir ki, Xamaneyinin “www.khamenei.ir” ünvanındakı saytındakı şərhdə qeyd edilir: “Gətirib çıxardıqları əxlaqsızlıq üzündən bu cür yazışmalar qadağan edilir”. Xamaneyinin fətvası İran mövqelərinin ağıllı telefon sahiblərinin ictimai paylaşma saytlarına daxil olmasını təmin edən “WeChat” tətbiqini bağlamasından bir neçə gün sonra verilib.Xamaneyinin bu qadağasına baxmayaraq İran prezidenti Həsən Ruhani daxil olmaqla bir çox rəsmi səlahiyyətlisinin Twitter və Facebook kimi ictimai şəbəkələri aktiv şəkildə istifadə etdiyi bildirilir. Ruhaninin Twitterdə 163.000 təqibçisi var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür