Kitab sevərlərə şad xəbər

17:54 | 29.01.2019
Kitab sevərlərə şad xəbər

Kitab sevərlərə şad xəbər

Sizi yanvar ayın 31-də, saat 19.00-da fransız tədqiqatçısı Giyom Protyerin kitablarının təqdimatına dəvət edirik. Kitabların prezentasiyaları Bakı Kitab Mərkəzində (Baku Book Center) baş tutacaq.

Giyom Protyer Lion Lümyer 2 Universitetinin hüquq fakültəsinin dekanıdır. O, ölkəmizə Bakı Dövlət Universitetinin intellektual mülkiyyət hüququ sahəsində ikili fransız dilli magistratura proqramını yaratmaq məqsədi ilə dəvət olunub.

Yanvarın 31-də Bakı Kitab Mərkəzində onun tədqiqatlarının təqdimatı keçiriləcək:

- "Ərazi hakimiyyəti" mövzusunda dissertasiya. Siyasi mərkəzləşmə haqqında esse

və həmçinin

- "Qanunun tənqidi nizamı" adlı işə daxil olan virtual aləmlərə dair tədqiqat

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM