Kitabı "danışdıranlar" danışdı- VİDEO

16:25 | 22.01.2022
Azərbaycanda peşəkar səviyyədə ilk dəfə  həyata keçirilən «Audiokitab» lahiyəsi, yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan və dünya yazıçılarının əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir.
 
İstənilən məkanda və vəziyyətdə dinlənilməsi mümkün olduğuna görə özünə geniş auditoriya toplamağı bacarmış startap "Audiokitab” layhəsində artıq 1.200 adda kitabı 2 manat ödəməklə peşəkar aktyorların ifasında dinləyə bilərsiniz.
 
Layihədə klassik və müasir ədəbiyyat nümunələri ilə yanaşı dərs vəsaitləri, elmi kitablar, mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və həyatımızın digər sahələrini əhatə edən ədəbiyyat nümunələri öz əksini tapmışdır. 
 
Layihə, yeni mövsümdən  Azərbaycan ədəbiyyatını rus dilində səsləndirəcək.
 
Audiokitab öz auditoriyasını genişləndirmək məqsədilə kitablarını artıq inglis dilində də tamaşaçılara təqdim edəcək. 

Gələn həftədən Maqsud İbrahimbəyovun "Püstə ağacı" hekayəsi ingilis dilində səsləndiriləcək.

 Ətraflı məlumat üçün videoreportajı anews.az saytı təqdim edir:
 

 
Hazırladı:  Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM