Kitaro Bakıda konsert verəcək

15:27 | 22.02.2014
Kitaro Bakıda konsert verəcək

Kitaro Bakıda konsert verəcək

“Qremmi” və “Qızıl qlobus” mükafatları laureatı Azərbaycana gəlir.

Yaponiyanın dünya şöhrətli bəstəkarı, musiqiçi, “Qremmi” və “Qızıl qlobus” mükafatları laureatı Kitaro Bakıda Heydər Əliyev Mərkəzində ilk solo konsert proqramı ilə çıxış edəcək.

Oxu.Az xəbər verir ki, 30 illik karyerası ərzində milyonların sevimlisinə çevrilən musiqiçi martın 7-si Heydər Əliyev Mərkəzində tamaşaçılara orkestrin müşayiəti ilə möhtəşəm konsert proqramı təqdim edəcək.

Qeyd edək ki, əsl adı Masanori Takahaşi olan, etnik motivlərlə elektron alətlərin elementlərini özündə birləşdirən Kitaro “Nyu eyc” (“New age”) janrının tanınmış simalarındandır. Musiqi təhsili olmayan Kitaro musiqinin incəliklərinə müstəqil yiyələnib. O, klavişli alətlərlə yanaşı, gitara, fleyta, baraban və s. ifa edir. Bəstəkar Kitaro həm də rejissor və fotoqraf kimi tanınır. O, bəzi konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjimançısıdır.

1993-cü ildə “Səma və torpaq” kinofilminə bəstələdiyi musiqiyə görə “Qızıl qlobus” mükafatı alan Kitaro bir neçə dəfə “Qremmi”yə nominant olub. 2001-ci ildə isə bəstəkarın “Səni düşünürəm” (“Thinking of you”) albomu “Qremmi” mükafatına layiq görülüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM