KİV: "Cənubi Sudanda 12 BMT nümayəndəsi əsir götürülüb"

23:30 | 29.10.2015
KİV:

KİV: "Cənubi Sudanda 12 BMT nümayəndəsi əsir götürülüb"

Bazar ertəsi Cənubi Sudanın Malakal şəhərinin cənubunda BMT-nin sülhməramlı missiyasının 12 nümayəndəsi əsir götürülüb.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən AFP informasiya agentliyi məlumat yayıb.

Onun məlumatına görə, BMT sülhməramlılarına onlar Nil çayı ilə yanacaq, silah və avadanlıq apararkən silahlı üsyançılar hücum ediblər. Əsirlərdən 20 nəfəri sonradan buraxılıb, 12 nəfər isə qalmaqdadır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM