KİV: İranın mindən çox hərbçisi Suriyadadır

11:00 | 14.10.2015
KİV: İranın mindən çox hərbçisi Suriyadadır

KİV: İranın mindən çox hərbçisi Suriyadadır

İranın mindən çox hərbçisi və "Hizbullah"ın döyüşçüləri Suriyanın Hələb əyalətində irimiqyaslı hücuma hazırlaşırlar.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Xəbərə görə, onların hücumu Rusiya aviasiyasının müşayiəti ilə gerçəkləşdiriləcək.

Məlumatda bildirilib ki, ötən həftə Hama əyalətində Bəşşar Əsədin silahlı qüvvələrinin keçirdiyi quru əməliyyatında İran hərbçiləri də iştirak edib.

Xəbərdə bildirilib ki, Suriyanın ikinci şəhəri sayılan Hələbdə Əsəd silahlıları, mülayim müxalifət və "Cəbhe ən-Nusra" arasında döyüşlər davam edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM