Küveyt İranı dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlamağa çağırıb.
Bu barədə Küveyt Xarici İşlər Nazirliyindəki rəsmi mənbə "Kuna” agentliyinə verdiyi açıqlamada deyib.
"Biz İranın Səudiyyə Ərəbistanı və Küveytlə dəniz sərhədlərinin çəkilməsi ilə bağlı danışıqlara başlamasını istəyirik”, - mənbə bildirib.
"Durra” qaz yatağı məsələsinə toxunan mənbənin sözlərinə görə, yatağın Küveytin dəniz sularında yerləşdiyini qeyd edib: "Durra” qaz yatağının yerləşdiyi dəniz ərazisi Küveyt Dövlətinin dəniz ərazilərinin bir hissəsidir və oradakı təbii ehtiyatlar Küveyt və Səudiyyə Ərəbistanı arasında bölüşdürülür. Yatağın təbii sərvətləri üzərində yalnız Küveyt və Səudiyyə Ərəbistanı müstəsna hüquqlara malikdir. Biz İranın "Durra” qaz yatağı ilə bağlı iddialarını tamamilə rədd edirik” .
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !