KİV: Məkkədəki faciənin səbəbkarı ərəb şahzadəsidir

11:00 | 26.09.2015
KİV: Məkkədəki faciənin səbəbkarı ərəb şahzadəsidir

KİV: Məkkədəki faciənin səbəbkarı ərəb şahzadəsidir

Şahzadənin korteji keçdiyi üçün zəvvarların yolu bağlanıb.

Məkkədə Həcc ziyarəti zamanı Mina dağında baş verən faciənin səbəbkarı kimi Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman göstərilir, Oxu.Az TASS-a istinadən xəbər verir.

"Əd-Diyar” telekanalının məlumatına əsasən, şahzadə korteji ilə sentyabrın 24-də, cümə axşamı, səhər tezdən Mina dağına şeytana daş atmaq üçün gəlib. 

Məhəmməd bin Salmanın korteji keçdiyi üçün zəvvarların yolu bağlanıb və zəvvarlar da məcbur olub əks yolla hərəkət etməyə başlayıblar. 

Elə bu zaman sıxlıq yaranıb və qarşılıqlı hərəkət edən kütlələr arasında tələfat baş verib.

Rəsmi Ər-Riyad İran mətbuatının ortaya atdığı bu iddianı inkar edir.

Səudiyyə Ərəbistanın səhiyyə naziri Halid Faləhin sözlərinə görə, faciəyə səbəb zəvvarların əvvəldən təşkilatçılar tərəfindən müəyyən edilmiş hərəkət cədvəlini pozması olub.   
 
Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Nayəf əl Saud izdihamın yaranması səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına dair göstəriş verib.
 
Qeyd edək ki, izdiham nəticəsində 753 zəvvar ölüb, 900-dək insan xəsarət alıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM