KİV: Mixail Qorbaçov iflic oldu

09:00 | 18.07.2015
KİV: Mixail Qorbaçov iflic oldu

KİV: Mixail Qorbaçov iflic oldu

SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov ağır xəstəliyə görə qismən iflic olub. 

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, həkimlərin bildirdiyinə görə, o stabil vəziyyətdədir. Lakin həkimlər neqativ dinamikanın inkişaf edəcəyi variantını istisna etmirlər. 

Mənbənin məlumatına əsasən, Qorbaçov bütün günü xəstəxanada müxtəlif prosedurlar qəbul edir, evə gecə gedir. 

"Mənim sağalmağım üçün həkimlər çox çalışır, lakin proqres hələ əhəmiyyətsizdir.  "Mən hərəkət edə bilmirəm, yenidən yeriməyə başlamağı çox istəyirəm”, - Qorbaçov qeyd edib.

Qorbaçov diaqnozunu dəqiqləşdirmək istəməyib. Keçmiş prezidentin köməkçisi öz növbəsində qeyd edib ki, bu çox güman ki, Qorbaçovun zarafatıdır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM