KİV: Nemtsovun qızı Rusiyanı tərk etdi

11:09 | 09.06.2015
KİV: Nemtsovun qızı Rusiyanı tərk etdi

KİV: Nemtsovun qızı Rusiyanı tərk etdi


Yerli mətbuatın verdiyi xəbərə görə, qətlə yetirilmiş rusiyalı siyasətçi Boris Nemtsovun qızı son vaxtlar aldığı təhdidlərdən dolayı ölkəni tərk edib.

RBK informasiya agentliyinə müsahibə verən Janna Nemtsova Rusiyanı tərk etdiyini təsdiqləyib, lakin geri dönmək niyyətində olub olmadığı barədə bir söz deməyib.

Siyasətçinin qızının ölkəni tərk etməsi barədə bir müddət öncə Britaniya qəzeti Times yazmışdı. Qəzetin müxbiri ilə söhbətdə Janna Nemtsova ölkədə vəziyyətin kəskin pisləşdiyini deyərək, atasının qətlində siyasi məsuliyyətin Kremlin üstünə düşdüyünü bildirib.

Rusiyanın aparıcı müxalifətçi siyasətçisi, sabiq Baş nazirin müavini Boris Nemtsov bu ilin fevral ayının sonunda Kremlin yaxınlığındakı körpüdə güllələnərək öldürülmüşdü. (BBC Azeri)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM