KİV: Papa 25 milyard dollar alıb “soyqırım” dedi

11:44 | 17.04.2015
KİV: Papa 25 milyard dollar alıb “soyqırım” dedi

KİV: Papa 25 milyard dollar alıb “soyqırım” dedi

Erməni diasporunun son oyuncağı Roma Papası oldu. Onun 1915-ci il hadisələrini anlaşma əsasında "soyqırım” adlandırması bunu deməyə əsas verir.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7” saytı yazıb.  

"Erməni diasporunun adı qalmaqallarda çəkilən Vatikan Bankına 25 milyard dollar söz verdiyi bildirilir. Las Veqas kazinolarının sahibi, milyarder Kirk Kerkoryanın bu işi təşkil etdiyi diqqəti cəlb edib. Kerkoryanın bu pulu 20 tərəfdaşından aldığı deyilir. Tərəfdaşlarının 15-i ABŞ-da yaşayır”, - məqalədə deyilir.

Sayt iddia edir ki, Kerkoryan Papanın zəmanətini alandan sonra yeni ilin ilk günlərində Papa ilə görüşüb.

"Papa ilk öncə təklifə həvəssiz yanaşsa da, ancaq bankın maliyyə sıxıntılarını yada salaraq Kerkoryana "hə” deyib.

Roma Papasının aprelin 24-də İrəvana getməməsinin səbəbi də bu məsələdə tərəf olduğu ilə bağlı şübhələr yaratmaq istəməməsi ilə bağlıdır”, - məqalədə qeyd olunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti