KİV: Özbəkistan prezidenti komaya düşüb

17:59 | 03.02.2015
KİV: Özbəkistan prezidenti komaya düşüb

KİV: Özbəkistan prezidenti komaya düşüb

Dövlət başçısının səhhəti çərşənbə günü pisləşib.

Özbəkistan müxalifəti hazırkı ölkə prezidenti İslam Kərimovun komaya düşməsi barədə məlumat yayıb.

Bu məlumatı "Özbəkistanın xalq hərəkatına” (ÖXH) istinadla, bir neçə xarici KİV-də yayıb, Oxu.Az Rosbalt-a istinadən xəbər verir.

"Aziya-plyus”un məlumatına görə, ÖXH-nin fəalları Özbəkistan hökumətindəki şəxsi mənbələrinə istinadən, dövlət başçısının səhhətinin yanvarın 28-də, çərşənbə günü pisləşməsi barədə xəbər yayıblar.

"Təxminən 20:30 radələrində "Kuksaroy” iqamətgahında şam yeməyi zamanı İslam Kərimov huşunu itirib, - ÖXH-dən bildiriblər. – İqamətgahın tibbi personalı təcili tibbi yardım göstərib. Bundan başqa, digər mütəxəssislər də Dürmenə çağırılıblar. Lakin hələlik İslam Kərimovun huşunu qaytarmaq mümkün olmayıb. O, yanvarın 29-dan komadadır”.

Müxalifətçilər iddia edirlər ki, Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin başçısı Rüstəm İnoyatov, hökumət rəhbəri Şavkat Mirziyaev və Nazirlər Kabinetinin digər üzvləri, Kərimovun ailəsinə yaxın şəxslər iqamətgaha gəliblər.

Qeyd edək ki, İslam Kərimov son 25 ildə prezident vəzifəsini tutur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM